Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması
Daxil olmuş elektron qaimələrin yoxlamaq və sistemdə təsdiqləmək
Hesab fakturaları hazırlamaq və ona əsasən elektron qaimələrin debitorlara təqdim edilməsi
Təsdiq olunmuş elektron qaimələr üzrə sənəd toplusunun tamlığını təmin etmək
Alınan mal və xidmətlər üzrə ödənişlər üçün əsas verən sənədlərin müəyyənləşdirilmiş qayda üzrə dövriyyəsini təşkil etmək
Ödənişlərdən sonra toplanılmış sənədlərin təlimata uyğun olaraq elektron və kağız formasında arxivləşdirmək
Debitor və kreditorlarla üzləşmələrin aparılması
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək. Mühasibat uçotu hesabında onların hərəkətinin düzgünlüyünü təmin etmək
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin etmək
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatını iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək
İş rejimi: Həftənin I-V günləri, 09:00 - 18:00.
Əmək haqqı: Gross 1050 AZN.
İş ünvanı: Heydər Əliyev Beynəlxalq Hava Liman.
Nəqliyyat vasitəsi və nahar şirkət tərəfindən təmin edilir.
Xüsusi tələblər
Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
Sahə üzrə minimum 1-2 il iş təcrübəsi
Mühasibatlıqla bağlı Yerli qanunvericiliyi Vergi məcəlləsini bilməli
Komandada işləmək bacarığı
Analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq