Hava Limanı biznes zallarının interyer dizaynı və kulinariya üzrə menecer
İş rejimi: 5günlük (09:00-18:00)
İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu, VIP Xidmətlər Qrupu MMC
Peşəkar aşbaz və kulinariya üzrə təcrübə ilə Sənaye tendensiyalarından xəbərdar olmaqla sərnişinlər üçün menyu hazırlamaq
Daimi menyu yeniləməsini həyata keçirmək, yeməklərin mövsümi olaraq çeşidlənməsini təşkil etmək
Pəhriz məhdudiyyətləri və ya allergiyası olan sərnişinlərin ehtiyaclarını ödəmək üçün onların təhlükəsizliyini və məmnuniyyətini təmin etmək üçün xüsusi menyuların hazırlanması
Sərnişin tələblərinə uyğun qida məmulatlarının sifariş məntiqinin qurulması
Yeməklərin nümayiş və təqdimatını təşkil etmək
Müştərilərə düzgün xidmət göstərmək üçün heyətin təlimini təşkil etmək
Gülərüz, səliqəli və diqqətli olmaq
Sərnişinlərə zallarda xidmət zamanı şərh və təkliflərini asanlıqla mübadiləsinə imkan verən əks əlaqə sisteminin təşkili
Baş verə biləcək hər hansı ani problemlərin dərhal aradan qaldırılması bacarığı
Ölkənin kulinariya mədəniyyətini əks etdirən unikal regional yemək çeşidləri təklif etmək, həmçinin yerli restoranlar və təchizatçılar ilə əməkdaşlıq etmək
Keyfiyyət və xidmətin ardıcıl standartlarını qorumaq üçün müntəzəm yoxlamalar aparmaq
Menyuları düzgün uyğunlaşdırmaq üçün mövcüd bazar tendensiyalarından, pəhriz seçimlərindən və sağlamlıq qərarlarından xəbərdar olmaq
Təchizatçılar tərəfindən istifadə olunan inqrediyentlərin keyfiyyətinə və hazırlanma üsullarına nəzarət etmək, həmçinin təzə, yüksək keyfiyyətli inqrediyentlərdən istifadə olunmasını və yeməklərin mükəmməl şəkildə hazırlanmasını kontrol etmək
İnteryer dizaynının, mebelin və ümumi atmosferin standartlarına uyğun olmasını təmin etmək
Xüsusi tələblər
Təhsil - Ali
Təcrübə: müvafiq sahə üzrə 5 ildən artıq
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək