Tender təklifinin hazırlanmasında birbaşa iştirak etmək. İş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
Layihənin smetası, çertyojları və spesifikasiyaları ilə tanış olmaq;
Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək; kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək;
Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək. Kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə təchizat şöbəsinə göndərmək;
Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək;
Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərin siyahısını hazırlamaq, kirayə qiymətlərin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək;
İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyası aparılmalıdır;
Bütün hesablamaları və maya dəyərinin yekun smetasını yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;
Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq, bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq;
Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq;
Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək.
Əmək haqqı: Müsahibə nəticəsinə əsasən təyin ediləcək;
İş qrafiki : həftə içi 5 gün, 08:30 – 17:30;
İş yeri: Yasamal ray., Mirəli Seyidov küç.28/30 (21 saylı məktəbin yaxınlığında).
Xüsusi tələblər
Təhsil: Ali (İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil almış namizədlərə üstünlük veriləcək);
Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
MS Excel-lə yüksək səviyyədə işləməyi bacarmalıdır;