Qida və İçki şöbəsinin planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlanmasında iştirak etmək.
Qida və İçki şöbəsinin effektiv şəkildə idarə edildiyini təmin etmək.
Tabeliyində olan işçilərə müvafiq öhdəliklər təyin etmək və onların icra göstəricilərini müntəzəm olaraq yoxlamaq.
İşlərin çox olduğu dövrlərdə əməliyyatlara yardım göstərmək.
Qida və İçki şöbəsinin müvafiq qaydada təchiz olunmasını təmin etmək.
Bütün əməliyyat avadanlıqları və ləvazimatlar üzrə aylıq inventar yoxlamalarının aparılmasına kömək etmək.
İşçilər üçün hazırlıq, servis və menyu ilə bağlı gündəlik təlimatlar keçmək.
Gündəlik əməliyyatlar və keyfiyyət məsələlərində Mətbəx şöbəsi ilə qarşılıqlı fəaliyyət göstərmək.
Qonaqların yeməklər, içkilər və xidmət ilə bağlı bütün şikayət, xahiş və sorğularını yerinə yetirmək.
Müştərilərlə xoş münasibətləri qoruyub saxlamaqla, qonaqlarla qarşılıqlı anlaşma əldə etmək.
Xüsusi tələblər
Qida və İçki, müştəri xidməti sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
Xidmət səviyyəsində Azərbaycan, Rus və İngilis dili;
Komandada işləmək bacarığı, nəzakətli və ünsiyyətçil olmaq.