Sistem inzibatçısı (böyük mütəxəssis)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
  • Kompüterlərdə yaranan Hardware, Software problemlərini yerində həll edir;
  • Kompüter və proqram təminatı ilə bağlı yaranmış nasazlıqları aradan qaldırır;
  • İstifadəçi sorğularının mütləq qaydada reyestrinin aparılmasını təmin edir;
  • Kompüterlərdə əməliyyat sisteminin, proqram təminatlarının quraşdırılmasını və konfiqurasiyasını həyata keçirir;
  • Kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təmin edir;
  • Yeni işçi yerlərinin quraşdırılması və ya mövcud işçi yerlərinin köçürülməsində köməklik edir;
  • Kompüter və periferiya avadanlıqlarının diaqnostikası və sazlanması, onların işlək vəziyyətdə olmasını təmin edir;
  • Şöbəyə aid avadanlıqların qəbulu və çatdırılmasının qeydlərinin aparılmasını təmin edir;

Xüsusi tələblər

  • Təhsil: Ali (ixtisası üzrə)
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis (texniki);
  • Sistem inzibatçısı kimi minimum 3 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
  • Məsuliyyətli və operativ qərar vermə bacarığı.
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • Server avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatı və iş rejimləri, onların texniki istismar qaydalarına dair nəzəri və praktik biliklər;
  • Microsoft, Linux və Unix əməliyyat sistemləri haqqında nəzəri və praktik biliklər, Windows və Linux əməliyyat sistemləri əsasında serverlərin qurulması;
  • Active Directory, LDAP servisləri vasitəsilə istifadəçi hesablarının yaradılması, texniki dəstək və nəzarət funksiyalarının həyata keçirilməsi;
  • Elektron poçt serverlərinin yaradılması, konfiqurasiya edilməsi və elektron poçt xidmətinə texniki dəstəyin həyata keçirilməsi;
  • Antivirus və Antispam sistemlərinin tətbiqi, əməliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsi;
  • Şifrələmə texnologiyalarının tətbiqi;
  • Group Policy haqqında nəzəri və praktiki biliklər, sistemdə vahid siyasətlərin hazırlanması və tətbiqi;
  • Şəbəkə avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatı və iş rejimləri, onların texniki istismar qaydalarına dair nəzəri və praktik biliklər;
  • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması metodları;
  • Router, Switch və Firewall-ların  (o cümlədən Cisco,Palo Alto,Fortigate, HPE və s.) qurumun təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi, istismarı və dəstəklənməsi;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız