Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, xidmət və kommersiya müqavilələri daxil olmaqla) nəzərdən keçirir
Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
Şirkətin satış şöbəsinin rəhbərləri ilə kommersiya şərtləri və müddəalarının düzgün müzakirəsini razılaşdırır
Biznesin İnkişafı üzrə Menecerin tələbi ilə şirkətin iş müqavilələrini dəyişikliklər etməklə yeniləyir
Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması
İclaslar üzrə Protokolların hazırlanması
Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması
Daxil olan sorğuların cavablandırılması
Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili
Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma
Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək
Həfədə 6 iş günü, istirahət günü – bazar günü
Əmək haqqı 1500-1800 AZN
Xüsusi tələblər
Hüquq ilə əlaqəli sahələrdə ali təhsil (bakalavr və magistr)
Təcrübə:Müqavilə hüququ sahəsində ən azı 1 il iş təcrübəsi
Professional biliklər: Korporativ qanunvericilik
Əla səviyyədə Rus və İngilis Dili (əlavə dil bilən namizədlərə üstünlük veriləcək)
MS Office proqramları
Professional bacarıq və kompetensiyalar: Danışıqların aparılması