Daxili nəzarət şöbəsinə Aparıcı məsləhətçi

Bakı

TƏBİB
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • TƏBİB-in struktur bölmələrində müvafiq fəaliyyət sahələri üzrə daxili nəzarət prosedurlarının həyata keçirilməsi;
  • Görüləcək işlərlə bağlı planların tərtib edilməsində iştirak;
  • TƏBİB-in struktur bölmələrinin fəaliyyətinin əsasnamə, daxili qayda və vəzifə təlimatları tələblərinə uyğunluğunu və yayınmalarının qiymətləndirilməsində iştirak;
  • TƏBİB-in struktur bölmələrinin, həmçinin, tabeliyində olan tibb müəssisələrinin əməkdaşlarının törətdiyi hüquqpozmalarını, onların əmək, icra intizamını və qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, funksiyalarına uyğun olmayan fəaliyyətlə məşğul olması hallarının araşdırılması və hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatlarırın və görülmüş işlərin reyestrinin hazırlanması;
  • Yoxlamaların həyata keçirilməsi zamanı daxili nəzarət rəylərinin sənədləşdirilməsinin təmin edilməsi;
  • Aparılmış daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda məsələyə hüquqi qiymət verilməsi və sözügedən halların öz təsdiqini tapması halında iş üzrə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırması;
  • Daxil olan məktub və ərizələrin araşdırılması və müvafiq cavabların hazırlanması;
  • TƏBİB və tabeliyində olan struktur bölmələrdə daxili nəzarətin həyata keçirilməsi;
  • TƏBİB-in mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi, pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • TƏBİB-in fəaliyyətinin daxili qayda və siyasətlərinin tələblərinə uyğunluğunu və yayınmaların qiymətləndirilməsi;
  • Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin verilməsi;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi.
  • Əlavə qeydlər: İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.
  • İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
  • Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Xüsusi tələblər

  • Ali təhsili – Hüquqşünas üzrə

  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili – yaxşı 
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 
  • Komanda ilə koordinasiyalı işləmə bacarığı 
  • Məsuliyyətlilik
  • Nəticəyönümlülük
  • Verilən tapşırıqların son icra tarixinə həssaslıq
  • Yüksək təhlil etmə bacarığı
Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız