Sığorta işinin təşkili şöbəsinə Böyük məsləhətçi

Bakı

TƏBİB
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
  • Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı
  • Tibb müəssisələrində sığortaolunanlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər üzrə tibbi iddiaların formalaşması, iddiaların tam, dolğun və zamanında mövcud elektron vahid informasiya sisteminə (e-tabib sisteminə) daxil edilməsi üzrə standartlaşdırılmış vahid təlimatın hazırlanmasını təmin etmək; 
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək; 
  • Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onlara fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq və ya aidiyyəti üzrə təlimlərin təşkil edilməsi üçün müraciət etmək; 
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi-iqtisadi ekspertizanın aparılması qaydaları, tələb olunan ilkin tibbi sənədlərə dair tələblər barəsində tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərini məlumatlandırmaq; 
  • Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən çıxarış səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasını tələb etmək; 
  • Tibb müəssisələri tərəfindən sığortaolunanlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə e-tabib sistemində tətbiq ediləcək texniki tapşırıqların hazırlanmasını təmin etmək, e-tabib sistemində proseslərin optimallaşdırılması üçün təkliflər vermək; 
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılmasını və  cavablandırılmasını təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, bilik və bacarıqların yaxşılaşdırılması məqsədilə xarici ölkələrin müvafiq strukturları ilə təcrübə mübadiləsi aparmaq və müvafiq təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək.
  • Əlavə qeydlər:
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Xüsusi tələblər

  • Ali tibb təhsili
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 
  • Komandada işləmə bacarığı 
  • Məsuliyyətli
  • İntizamlı
  • Gərgin iş rejimində çalışma bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız