İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:Rəqabətədavamlı əməkhaqqı
Tibb müəssisəsində büdcə ödənişlərinin icrasının monitorinqinin aparılması;
Tibb müəssisəsində həyata keçirilən maliyyə, təsərrüfat, satınalma əməliyyatlarının monitorinqinin aparılması;
Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə dair monitorinqinin aparılması;
Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinin monitorinqinin aparılması;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə yoxlamaların aparılması;
Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların düzgün təqdim edilməsinə nəzarət;
Fəaliyyət çərçivəsində intensiv ezamiyyə səfərlərinin həyata keçirilməsi.
Əlavə qeydlər:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Xüsusi tələblər
Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində)
Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (dövlət tibb müəssisəsində arzuolunandır)
Kompüter bilikləri: Microsoft Office – sərbəst
Qanunvericilik üzrə biliklər: Vergi, Mülki və Əmək Məcəlləsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərin olması
Peşəkar mühasib sertifikatının olması arzuolunandır