Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
Hibrid iş rejimi
Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
Davamlı karyera inkişafı imkanları
Rəqabətli əmək haqqı
Korporativ nömrə ilə təmin olunma
Limitsiz Azeronline Internet Paketi
İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan
“ISO 22301:2019 - Security and resilience” standartından irəli gələn məsələlərə və tələblərə uyğun olaraq, şirkətin Biznes Davamlılığı strategiyasının müəyyən olunmasını və strategiyadan irəli gələn fəaliyyətlərin həyata keçirilməsini təmin edir.
Biznesin Davamlılığının Planlaşdırılmasına (BDP) dair yanaşmanı müəyyən etmək, Biznes Davamlılığı Planlarının yaradılması, istifadəsi və həyata keçirilməsi ilə əlaqədar təlimatlar irəli sürmək məqsədilə Biznesin Davamlılığının Planlaşdırılması siyasətini yaradır və tətbiq edir.
Şirkətin kritik biznes proseslərinin müəyyənləşdirilməsi üçün müvafiq yanaşmanı tətbiq etməklə Biznesə Təsir Analizi həyata keçirir.
Şirkətin əməliyyat risklərini aşkarlayıb, Risk Təhdid Kataloquna uyğun olaraq qeydə alıb, Risklərin Dəyərləndirilməsi proseslərini tətbiq edərək, risklərin aradan qaldırılması məqsədinə uyğun strategiya qurur.
Şirkətin İT və Şəbəkəsinin avadanlıqlarına aid olan məlumatları toplayaraq topologiyalar və axın sxemini (flowchart) yaradır.
Fövqəladə və böhran hallarında əməkdaşların davranış qaydalarının müəyyən edən Böhran İdarəetmə Planları hazırlayır, işlək vəziyyətdə saxlayır və mütəmadi olaraq test edərək təkmilləşdirir.
Şəbəkənin davamlılığı və ehtiyatlılığı nəzərindən Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində yoxlamalar keçirməklə problemləri müəyyən edir və bu barədə müvafiq struktur bölmələrə ilə birlikdə prosesi koordinasiya edir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətdə Mülki Müdafiə işini təşkil edir və prosesi idarə edir.
Şirkətin böhran vəziyyətində tədbirlər görməyə və onun nəticələrini aradan qaldırmağa hazır olması, mövcud sistemlərin, avadanlıqların və xidmətlərinin ehtiyatlılığını və coğrafi alternativlərini təmin etmək məqsədilə Biznesin Davamlılığı testlərini həyata keçirir.
Xüsusi tələblər
Təhsil: Ali təhsil (Texniki sahə üzrə)
Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, İngilis - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq
Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları
Yüksək ünsiyyət və təlim bacarıqları
Risklərin Idarə Edilməsi üzrə bilik
Beynəlxalq standartlar üzrə iş təcrübəsi
Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi
Sürücülük təcrübəsi
Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması
Yekun nəticəyə yönəlmə bacarığı
Üstünlük verilən Sertifikatlar/Yetkinliklər Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər
Texniki sahə üzrə təcrübə (təlimlər, sertifikatlar və s.)