ATM(Exchange və sairə) terminalların inkassasiyasında nəzarətçi (iştirakçı) kimi iştirak etmək;
Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;
Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını(müştəri(kontakt) nömrəsini), müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri almaq və sistemə əksiksiz yükləmək
Depozit (əmanət) müqavilələrini tərtib etmək, imzalamaq və həmin müqavilələr üzrə əməliyyatları (mədaxil, məxaric, faiz hesablanması, vergi tutulması və s.) izləmək, yoxlamaq, sistemdə müvafiq girişləri edərək açılışını doğru etmək(depozitlərin növü, şərtləri və tətbiq olunan faiz dərəcələrinin tariflərə uyğunluğunu yoxlamaq şərti ilə);
Əməliyyat gününün sonunda özü və tabeçiliyində olanlar tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək;
Müştəri və onların hesabları ilə əlaqədar rəsmi dövlət orqanlarından, hesab sahiblərindən və üçüncü şəxslərdən gələn sorğu/məktub/sərəncam/qərar və digər sənədləri qəbul etmək, araşdırmaq, aidiyyatı üzrə yönləndirmək, cavablandırmaq, tələb olunduğu halda müştərilərin hesablarına blok qoymaq və götürmək;
Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması üçün həmin sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək, plastik kartların pin zərflərin bağlı formada aktlar əsasında müvafiq strukturdan təhvil almaq və müştərilərə təhvil vermək;
Qeyri-nağd konvertasiya əməliyyatlarını icra etmək(bu əməliyyatlar üzrə müştərilər tərəfindən təqdim edilərn sənədləri yoxlamaq, bank proqramına daxil etmək, əməliyyatlar üzrə bütün növ komissiyaları almaq, məzənnə və limitlərin doğru olmasına diqqət yetirmək, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
Müştəri müraciətlərinin qəbul edilməsi, aidiyyatı struktura (şəxsə) yönləndirilməsi və müraciətin nəticəsinin müştəriyə bildirmək;
Müştərilərin hesabları və bankın məhsullarından istifadəsi zamanı yaranan hüquqi sənədlərin(müqavilələr, qərarlar, aktlar, ödəniş təlimatları, ödəniş tapşırıqlarının əsası olan alt sənədləri və sairə) tamlığını nəzarətdə saxlamaq və onların qorunmasını təmin etmək;
Xüsusi tələblər
Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
Rus dili və İngilis dilini bilməsi üstünlükdür;
Microsoft Office proqramlarını bilməli;
Bank işi və müvafiq sahə üzrə yerli və beynəlxalq sertifikatların olmasına üstünlük verilir;
Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;