Maliyyə hesabatlarının hazırlanmasında iştirak edir.
Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
Digər müəssisələrə göndərilən və gələn qaimələrin hesablara işlənməsini həyata keçirir.
Malların anbarlara giriş-çıxış işlərinin proqrama işlənməsini yerinə yetirir.
Satış və alış fakturalarına aid işləri yerinə yetirir.
Müştəri və satıcı hesablarına nəzarət edir, üzləşmələr edir.
Bank və ƏDV depozit hesablarının işlənməsini yerinə yetirir.
Satış işçilərinin mükafat hesablamalarını və ödənişlərini yerinə yetirir.
Müştəri mükafat hesablanmasını və hesablarına köçürülməsini yerinə yetirir.
Nəğd axın proqramı vasitəsilə pul tələb edilməsi və ödənişləri yerinə yetirir.
Mühasibatlıq sənədlərinin sayım və auditə hazır şəkilə gətirilməsini təmin edir.
Şirkət Rəhbərliyinin istədiyi hesabat ve məlumatların əksiksiz və doğru şəkildə hazırlanmasını yerinə yetirir.
İş avansı və ezamiyyət avanslarının ödənməsini, düzgün xərc hesablarına işlənməsini və ezamiyyət, yanacaq, təmir-baxım kəsintilərinin İnsan Resurslarına göndərilməsini yerinə yetirir.
İş şəraiti: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Baş Ofis
Xüsusi tələblər
İqtisadiyyat və ya əlaqəli sahədə Ali Təhsil
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Yüksək səviyyədə MS Office bilikləri (Xüsusilə Excel)
Power BI bilikləri üstünlükdür
İngilis dili və ya Rus diliyi biliyi mütləqdir (Hər ikisi üstünlükdür)