Şirkətin sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı siyasətinin və tələblərinin müəyyən edildiyi kimi yerinə yetirilməsini və təkmilləşdirilməsini təmin etmək;
Bütün SƏTƏMM uyğunluq tələblərinin şirkət üçün effektiv olmasına əmin olmaq və onların biznesin bütün fəaliyyəti boyu təmin olunmasına cavabdeh olmaq;
Təhlükələri və onun təsirlərini müəyyən etmək, müvafiq risk qiymətləndirmələrini aparmaq;
SƏTƏMM görüşlərini iştirak etmək, ətraf mühitə uyğunluq məsələləri və digər əlaqəli məsələlər haqqında hesabatlar vermək;
SƏTƏMMlə bağlı qanuni və müqavilə üzrə tələblərinə uyğunlaşma və onlara əməl etməklə bağlı rəhbərliyə məsləhətlər vermək;
Azərbaycan Respublikasının SƏTƏMM qaydalarına uyğun olaraq vəzifə və funksiyaları yerinə yetirmək;
Mövcud iş fəaliyyətlərinin təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək;
Baş vermiş qəza və insidentlər barədə məlumat vermək və araşdırmaların aparılmasını təmin etmək;
İş yerlərinin mütəmadi olaraq yoxlanılması, təhlükəsizlik tələblərinə uyğun olaraq uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsi;
Lazımi təhlükəsizlik induksiyalarının aparılması;
İşçilərin, təchizatçıların və tərəfdaşların SƏTƏM qaydaları və prosedurları haqqında məlumatlanadırılması;
Yaranan tullantıların təhlükəsiz şəkildə ayrılmasına və daşınmasına nəzarət;
Kollektiv və fərdi xilasetmə vasitələrinin, yanğından mühafizə sistemlərinin və yanğınsöndürənlərin saz və işlək vəziyyətdə olmasına nəzarət və onların vaxtaşırı yoxlanılmasına nəzarət etmək
Xüsusi tələblər
Əməyin mühafizəsi və təhlükəsizliyi, ətraf mühit və ya digər müvafiq sahədə bakalavr dərəcəsinə sahib olan naməzdələrə üstünlük verilir;
Mall və ya ticarət mərkəzlərində minimum 2‐3 illik iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini yaxşı bilmək;
MS Office (Word, Excel (yüksək səviyyə) və Power Point) proqramlarında işləmək bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Sağlamlıq və Təhlükəsizlik Koordinatoru kimi işləmək üçün bütün qanuni təhsilə və sertifikata malik olmaq