Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
Sudan keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
Laboratoriya təhlillərini aparılmasına və onun nəticələrinin təhlil jurnallarında qeyd edilmədinə nəzarət;
Uyğunsuz məhsul üzrə düzəliş hallarını həyata keçirilməsinə və təkrar yoxlanılmasına nəzarət;
Nümunələrin saxlanması təlimatına uyğun saxlanmasına nəzarət;
Sahənin qüvvədə olan standart və texniki şərtlərinə nəzarət etmək;
İş planına əsasən növbə ərzində edilən laboratoriya analizlərinin hesabatını hazırlamaq;
Daxili nizamnamə qaydaları və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri, öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Analiz metodlarının müəyyən edilməsini, formaların tərtib edilməsini, iş təlimatlarının hazırlanmasını təşkil etmək;
Laboratoriya qeydlərinin yığılması, mühafizə edilməsi, gizli tutulması və arxivə göndərilməsini təmin etmək;
Laboratoriyanın akkreditasiya sənədlərini hazırlamaq və baş verən yeniliklərin həmin sənədlərdə əks olunmasını təmin etmək;
Laboratoriyada istifadə olunan ölçü vasitələrinin, cihazların vaxtaşırı dövlət sınağından və kalibrləmədən keçirilməsini təmin etmək;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görmək.
İş qrafiki: 09:00 - 18:00
Nahar ilə təmin edilir
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Xüsusi tələblər
Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;