Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üçün lazımi tədbirləri görür;
Təcili hallarda lazımi prosedurları tətbiq edir;
Məhsuldarlıq və keyfiyyətlə bağlı tətbiqlər (proqramlar) hazırlayır;
Növbə dəyişmə və sahədə təşkil edilən tədbirləri nəzarətdə saxlayır;
Su səviyyəsini yoxlayaraq lazımi hallarda krantları açır və ya bağlayır;
Aşağı gərginlikli otaqlarına və elektrik panellərinə nəzarəti təmin edir;
Nasosların yüksək səslə işləməsi, həddindən artıq su çəkməsi, lazım olan axını təmin etməməsi və ya üzərindəki sensorlardan gələn xəta siqnalları kimi halları yoxlayır;
Tullantı suların boşaltma məntəqələrinin lazımi formada işləməsini təmin edir;
Qaz detektorlarının yoxlanılmasını təmin edir;
Qum və ya yağ depolarında boşaltma işlərini təmin edir;
Təhlükəli vəziyyətlərdə əlaqədar şəxsləri vaxtında məlumatlandırmaqla ümumi dəyərləndirmənin həyata keçirilməsini təmin edir;
İçərisində kimyəvi maddələr olan çənlərə mütəmadi olaraq nəzarəti təmin edir;
Ozon bölmələrinin baxım və təmizliyini təşkil edir;
İlkin çökdürmə çənlərini işə salmamışdan əvvəl qaz kontrollarını həyata keçirir;
Havalandırma bölmələrini nəzarətdə saxlayır;
Materialları daimi olaraq nəzarətdə saxlamalı və material hazırlıqları edərkən diqqətli olmalıdır;
Peşə təhsilinə töhvə vermək üçün müəyyən proqramlar müəyyən edir;
Zəruri hallarda avadanlıqların işləməsini dayandırır;
Xəta hallarında sistemə bağlı olan ehtiyat mühərriklərin işləməsini təmin edir.
İş qrafiki: 09:00 - 18:00
Nahar ilə təmin edilir
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Xüsusi tələblər
Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;