Sexin istehsalat-təsərrüfat işinə rəhbərliyi həyata keçirir;
Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir;
İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılışının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, eləcə də istehsalat gəlirinin çoxaldılması, məhsulun maya dəyərinin və əmək sərfinin aşağı salınması üzrə iş aparır;
Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılması, əmək haqqı və maddi həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsi, əməyin qabaqcıl üsul və metodlarının ümumiləşdirilib yayılması, oxşar məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində Respublika və xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiq edilməsini, səmərələşdirici təkliflər və ixtiraların öyrənilməsi və tətbiqini təmin edir;
Avadanlığın və başqa əsas vəsaitlərin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsini təmin edir;
İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edir, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir. Ustaların və sex xidmətlərinin işini əlaqələndirir;
Fəhlə və qulluqçu kadrların seçilməsi, yerləşdirilməsi və məqsədəuyğun istifadə edilməsini təmin edir;
İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir;
İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.
İş qrafiki: 09:00 - 18:00
Nahar ilə təmin edilir
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Xüsusi tələblər
Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;