Bütün növ avadanlığın problemsiz və etibarlı istismarını, onların düzgün işləməsini, vaxtında yüksək keyfiyyətli təmir və texniki xidmət göstərilməsini, onun modernləşdirilməsi üzrə işlərin aparılmasını və avadanlıqların təmirinə texniki xidmətin səmərəliliyinin artırılmasını təmin etmək;
Mexaniki avadanlıqlara, bina və tikililərdə olan qoruyucu vasitələrin vəziyyətinə və təmirinə texniki nəzarəti həyata keçirirmək;
Avadanlıqları yoxlamaq, onların yoxlanılması və təmiri üçün təqvim planlarının (qrafiklərin), mərkəzləşdirilmiş əsaslı təmirə dair sifarişlərin hazırlanması, planlı profilaktik və cari təmir üçün zəruri olan materialların, ehtiyat hissələrin, alətlərin və s. alınması üçün sifarişlərin hazırlanması, avadanlıqlara pasportların tərtib edilməsini təşkil etmək;
Bütün növ avadanlıqların, o cümlədən istismar müddəti bitmiş və köhnəlmiş avadanlıqların uçotunu və onların silinməsi üçün sənədlərin hazırlanmasını təşkil etmək;
Avadanlıqların, ayrı-ayrı hissələrin və birləşmələrin vaxtından əvvəl aşınma səbəblərini müəyyən etmək üçün onların iş şəraitini araşdırmaq;
Avadanlığın texniki vəziyyəti ilə bağlı dayanmaların səbəblərini və müddətini təhlil etmək;
Yağlama və emulsiya işlərinə texniki rəhbərliyi həyata keçirmək, sürtkü materiallarının və təmizləyici materialların sərfiyyatına mütərəqqi normalar tətbiq etmək;
Sexin avadanlığının texniki düzgünlüyünün yoxlanılmasında, avadanlığın optimal iş rejimlərinin yaradılmasında, avadanlığın yağlanmasına və ona qulluq göstərilməsinə dair təlimatların işlənib hazırlanmasında iştirak etmək;
Avadanlıqların təmiri və modernləşdirilməsi üzrə işlərin yerinə yetirilməsinin uçotunu təşkil etmək, onların keyfiyyətinə, habelə bu məqsədlər üçün ayrılmış maddi vəsaitlərin xərclənməsinin düzgünlüyünə nəzarət etmək;
Təmir işlərinin aparılması zamanı əməyin mühafizəsi qaydalarına və normalarına, ekoloji təhlükəsizlik tələblərinə əməl olunmasını təmin etmək;
Müəssisənin avadanlıqlarının təmirini həyata keçirmək və onların işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
Rəhbər şəxslər tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
İş qrafiki: 09:00 - 18:00
Nahar ilə təmin edilir
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Xüsusi tələblər
Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;