Mal-material və qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi.
Lazım olan material və inventarın təcili tapılmasının təşkili.
Anbara yığılmış maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi.
Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi.
Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi.
Maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak etmək.
İş qrafiki: 09:00 - 18:00
Nahar ilə təmin edilir
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Xüsusi tələblər
Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;