Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
Büdcə proqnozlarının icrasına nəzarət edir;
Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir;
Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir;
Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir;
Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
Vəzifə icrası ilə bağlı digər işlər.
5 günlük iş qrafiki
İş vaxtı 9.00-dan 18.00-dək
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı razılaşma əsasında
Xüsusi tələblər
Təhsil dərəcəsi: Maliyyə-Mühasibatlıq, Iqtisadiyyat və ya bənzər sahə üzrə Ali təhsil
Əlavə təlim sertifikasiyası: ACCA, CFA kimi beynəlxalq sertifikatların olması
Xarici dil bilikləri: Azərbaycan dili - əla, Rus dili və Ingilis dili (arzuolunandadır)
İş təcrübəsi: Minimum 3 il
İşgüzar bacarıqlar: Çeviklik, qərar vermə qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli.