Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi;
Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi;
Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi;
Təşkilatın və rəqiblərin layihələrinin həyata keçirilməsi təcrübəsinin, çətinliklərin və uğursuzluqların səbəblərinin, dizayn obyektlərinin istismarına dair məlumatların təhlil edilməsi;
Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;:
Həftə içi 5 gün (saat 09:00-18:00)
İstirahət günləri: Şənbə və Bazar;
Korparativ nömrə (korporativ paket);
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, D.Səfərov 9.
Xüsusi tələblər
Ali təhsil;
Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 10 il iş təcrübəsi;
Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
Microsoft Office, AutoCAD, ArchiCAD, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;