Korporativ kreditlər üzrə mütəxəssis

Bakı

AFB Bank

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək; 
  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək; 
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək; 
  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək; 
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili bilikləri arzu olunandır; 
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı; 
  • Məsuliyyətlilik və dəqiqlik.

Müraciət etmək üçün: [email protected]