Lənkəran
SOCAR•Xidmət göstərdiyi ərazidə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin bağlanmasını təmin etmək, müqavilənin bir nüsxəsini istehlakçıya, digər nüsxəsini isə xidmət sahəsinə təqdim etmək;
•Müqaviləsinin müddəti bitmiş istehlakçılarla yeni müqavilələrin bağlanmasının təmin etmək, müqavilənin bir nüsxəsini istehlakçıya, digər nüsxəsini isə xidmət sahəsinə təqdim etmək;
•Xidmət göstərdiyi ərazidə dövrü olaraq (hər növbəti ayın 10-dək) istehlakçıların sayğac göstəricilərini qeydiyyata almaq və məlumatları aidiyyəti üzrə təqdim etmək;
•Bildirişlər təqdim edildikdən sonra bir ay ərzində istifadə edilmiş qazın dəyəri ödənilmədiyi təqdirdə istehlakçıya verilən qaz təminatını dayandırmaq və bu barədə xidmət sahəsinə məlumat etmək;
•Xidmət göstərdiyi ərazidə istehlakçıların təbii qazla təmin edilməsi zamanı yaranan problemləri səlahiyyətləri daxilində aradan qaldırmaq;
•Xidmət göstərdiyi ərazidə istehlakçıların balans mənsubiyyəti sərhəddi (qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi) aktı çərçivəsində qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xəttlərinin işçi vəziyyətdə olmasına və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətini müəyyən etmək, o cümlədən nöqsan və pozuntuları aşkar etmək, həmçinin bu məqsədilə həyata keçirilən müayinə xidməti işlərini tərtib edilmiş plan-qrafiklərdə nəzərdə tutulan müddətlərdə həyata keçirmək;
•Xidmət göstərdiyi ərazidə istehlakçıya 5 (beş) iş günü əvvəl bildiriş təqdim etməklə (göndərməklə), ildə bir dəfə müayinə keçirmək, nəticəsi barədə 2 (iki) nüsxədən ibarət müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etmək, və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına
Vəzifə öhdəlikləri (funksiyalar) çatmış ailə üzvlərindən birinə) təqdim etmək;
•Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə texniki xidmətin həyata keçirilməsi barədə istehlakçının seçimini müayinə aktında qeyd etmək;
•İstehlakçı qaz paylayıcısının işçilərini onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, bu barədə müvafiq aktda qeyd aparmaqla qaz təminatını dayandırmaq;
•İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və ya pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinəni 3 (üç) iş günündən gec olmayaraq aparmaq;
•İstehlakçı tərəfindən müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinənin keçirilməsinə şərait yaradılmaması səbəbindən müayinənin keçirilmədiyi hallarda qaz təminatınıdayandırmaq, qazın verilməsini dayandırımaq müəyyən səbəblərdən mümkün olmadıqda bu barədə müvafiq aktda qeyd aparmaqla aidiyyəti üzrə xitmət sahəsinə məlumat vermək və istehlakçı qaz paylayıcısına şifahi və ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinə keçirmək;
•Təbii qazın istifadəsində hər hansı bir təhlükə aşkarlanarsa, həmin an qaz təchizatını dayandırmaq və qanunvericilikdə nəzərdə tutulan zəruri tədbirlər görmək;
•Xidmət göstərdiyi ərazidə müayinə aktlarının müayinə və texniki xidmət məlumatları reyestrinə daxil edilməsi üçün müvafiq qaydada aidiyyəti üzrə təqdim etmək;
•Qanunsuz qoşulma halları aşkar edildikdə, dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın təchizatını dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etmək və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi üçün xidmət sahəsinə təqdim etmək;
•Rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi halların aşkar edilməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatı təqdim etmək;
•Qanunsuz qoşulma halları aşkar edildikdə, müayinə aktında qeyd edilməklə bu barədə akt tərtib etmək, qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq və bu barədə aidiyyəti üzrə xidmət sahəsinə məlumatı təqdim etmək;
•Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, müayinə aktında qeyd edilməklə bu barədə akt tərtib etmək və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsinin isə aidiyyəti üzrə xidmət sahəsinə təqdim etmək;
•Qəza təhlükəsi olduqda qəza xidməti hadisə yerinə gələnədək lazımi təhlükəsizlik tədbirləri görmək;
•Xidmət göstərdiyi ərazidə təbii qazdan səmərəli istifadə etmək məqsədilə qaz itkisinə yol verilməməsinə nəzarət etmək;
•Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, həmçinin sanitariya-gigiyena və yanğından mühafizənin norma və qaydalarına riayət
•Tam orta təhsil
•Dürüstlük
•Etik davranış
•Məsuliyyət
•Nizam-intizam
•Şifahi özünüifadə
•Qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununu;
•Qazdan istifadə Qaydalarını;
•Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarını;
•Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri;
•Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri;
•Qaz sərfinin qeydə alınması cihazlarına xidmət zamanı texniki təhlükəsizlik qaydalarını;
•Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını;
•Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını;
•Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası;
•Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını;
•Sərf ölçən qaz sayğacının iş prinsipini, quruluşunu və texniki xüsusiyyətlərini;
• Qaz itkilərinin növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını;
•Qüvvədə olan tarifləri və abonentlərlə hesablaşma qaydasını;
•Sayğac göstəricilərini qeydə alan əl terminalları, planşetlər, qaz açarları, kəlbətin, burğac, ara qatı, yağlı kəndir, manometr, qaz analizatoru, köpüklü su və bu kimi vasitələrdən düzgün istifadə qaydalarını;
•Görülən işlərin texnoloji prosesini;
•Avadanlığın texniki istismar və onlara xidmət qaydalarını;
•İstifadə edilən alət və inventarları;
•Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, həmçinin sanitariya-gigiyena norma və qaydalarını;
•Yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun