Gəminin gövdəsi və texniki vasitələrinin istismar qaydalarına, gəmini inşa edən zavod tərəfindən təsdiq edilmiş digər normativ sənəd və təlimatlara uyğun olaraq texniki istismarına nəzarəti həyata keçirir;
Gəmiyə texniki xidmət və onun təmiri üzrə işləri planlaşdırır; bütün maşın şöbələrində yanğından mühafizə qaydalarına əməl olunmasının, tabeliyində olan heyət üzvlərinin gəminin davamlığı uğrundan mübarizəyə hazırlığını təmin edir;
Gəminin bütün hissələri üzrə təmir cədvəllərinin vaxtında tərtib edilməsinə, sahil müəssisələri, gəmi təmir briqadaları və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir; gəminin qəza vasitələri, ləvazimat, material, dəyişək-ehtiyat hissələri ilə vaxtında təchizatını, yanacaq, sürtgü yağı və mexaniki qurğunun tələbatı üçün alınmış suyun düzgün saxlanması, məsrəfi və uçotunu təmin edir;
Gəmi limana daxil olan və limandan çıxan zaman yanalma əməliyyatları yerinə yetirilərkən mexaniki qurğunun idarəsinə şəxsən rəhbərlik edir; körpücükdən verilən sərəncamların tez yerinə yetirilməsini, texniki tədrisin keçirilməsinin planlaşdırılmasını, maşın jurnalındakı gündəlik qeydlərin yoxlanılmasını və onun kapitana imzalanmağa təqdim edilməsini, gəminin gövdəsi və texniki vasitələrinin texniki istismarı və texniki vəziyyəti üzrə hesabat sənədlərinin aparılmasını təmin edir.
Xüsusi tələblər
Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “Böyük mexanik” vəzifəsinə aid bütün tələbləri; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Vakant ştat sayı20
QeydGöstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
İş vaxtının normasıNövbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
Təhsil səviyyəsiAli və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar• Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “3000 kV və artıq olan gəmilərdə Böyük mexanik” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük, tanker, bərə ,ro-ro və digər gəmilərdə işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi.
Tələb olunan minimum iş stajıBöyük mexanik vəzifəsi üzrə ən azı 5 il
Tələb olunan kompüter bilik səviyyəsiMS Office
Tələb olunan xarici dil bilik səviyyəsiRus dili (yaxşı) ; İngilis dili (yaxşı)