Logistika üzrə mütəxəssis

Bakı

PAY Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Daşınmanın optimal marşrutunun muəyyənləşdirilməsi
  • Nəqliyyat vasitəsinin növunun seçilməsi və sifarişi
  • İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
  • İdxal əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
  • Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatı
  • Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi.
  • Rəhbərliyin tələbinə əsasən illik, rüblük və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.

Xüsusi tələblər

Vəzifə üzrə əsas tələblər:

  • Ali təhsil;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
  • Logistika istiqaməti üzrə iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərini əla səviyyədə, İngilis dili orta səviyyədə;
  • Xanım namizədlərə üstünlük verilir.

 

  İş şəraiti:

 

·       İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.

·       İstirahət günü: Şənbə, Bazar.

·       Nahar şirkət tərəfindən təmin olunur.

·       AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

·       Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək.

 

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız