Smeta mütəxəssisi (kişi)

Bakı

Aqroman MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
  •  Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  •  Layihə ərzində görülən işlərin period üzrə  iş planının hazırlanması;
  •  Görülmüş işlər üzrə period ərzində hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  •  Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  •  İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  •  İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  •  Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  •  Yeni normativ qiymət, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  •  Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  •  Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında period üzrə hesabatların tərtib edilməsi.
  •  Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  •  Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  •  Vahid qiymət analizləri;
  •  Aralıq ödənişlərinə nəzarət;
  •  Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  •  Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
  •  Tikinti materialları və inventarına nəzarət;
  •  Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
  •  Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi.
  •  BOQ qiymətləndirmə

Xüsusi tələblər

  • İşin “deadline” müddətini müstəqil şəkildə izləyərək məhsuldarlıqla müdafiə etməli və bitiriciliyə nail olmalı;
  •  Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
  •  Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə ali təhsil;
  •  Eskiz və işçi layihəni oxuma bacarığı;
  •  kompüter biliyi: MS Word, MS Excel, MS Project, AutoCad,; / MS Excel yüksək səviyyədə tələb olunur.
  •  Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  •  Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  •  Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
  • Smeta Mühəndisi: Bilməlidir. Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  •  Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  •  Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin topluları və avadanlıqların istifadə olunma qaydalarını;
  • İşəgötürən: “AQROMAN” MMC
  • Əmək haqqı: 1500
  • İstirahət günü: bazar
  • Xahiş olunur CV-lərinizi “Smeta Mühəndisi”başlığı altında [email protected]
  • e-mail ünvanına göndərəsiniz.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız