Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayət etmək;
Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq; sənədlərin layihələrinə icazənin verilməsi;
Mülki müqavilələrin layihələrinin hazırlanması, şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olmasının yoxlanılması, müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan resursları menecerinə köməklik etmək;
Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;
Potensial investorlar ilə razılıq və danışıqların bağlanma prosesində istirak (rəhbərlik tərəfindən tələb olunduğu halda);
Tam məxfiliyə riayət edilməsi (heç bir daxili sənəd və ya onun surəti rəhbərliyin icazəsi olmadan Şirkətin ofisindən kənar çıxardıla bilməz):
Ona məlum şirkətin siyasətinin və prosedurunun pozulması, digər işçilər tərəfindən suistifadə və dələduzluq faktının olması haqqında dərhal rəhbərliyə məlumat vermək
Şəxsi məqsədlər və ya şəxsi ehtiyacların qarşılanması üçün şirkətin maddi və material vəsaitlərindən istifadə etməmək;
Şirkətin mövcud siyasəti və ya rəhbərliyində əks olunmayan hərəkətləri birbaşa rəhbərlər ilə razılaşdırmaq;
Hüquqşünasın fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Xüsusi tələblər
Hüquq sahəsində ali təhsil
Sahə üzrə iş stajı: 3 ildən yuxarı
Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-yaxşı, İngilis dili-yaxşı
Məsuliyyətli olmalı
Komandada işləmə bacarığı
Ünsiyyət qurabilmə qabiliyyəti
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilməli
Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
Azərbaycan Respublikasının İnzibati Xətalar Qanunvericiliyini yüksək səviyyədə bilməli
Əməyin mühafizəsinin qayda və normalarını yüksək səviyyədə bilməli