SƏTƏM üzrə kiçik mütəxəssis (MA)

Bakı

Bravo Supermarket
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəyyən edilmiş yoxlama siyahısına uyğun olaraq Mərkəzi Anbar ərazisində müşahidələr və yoxlamalar aparmaq
  • Anbar ərazisində aşkar edilmiş uyğunsuzluqları/nöqsanları sənədləşdirmək
  • Uyğunsuzluq/nöqsan hesabatının şirkət daxilində məsul şöbələr və işçilərlə paylaşmaq;
  • Təhlükəsizlik qaydaları haqqında Anbar ərazisindəki rəhbər heyəti və işçiləri məlumatlandırmaq;
  • Yanğın zamanı evakuasiya üzrə təlimlərdə iştirak etmək
  • Sahələr üzrə təlimlər keçmək;
  • İş yerlərində müşahidələr aparmaqla təlimin effektivliyini yoxlamaq;
  • Anbar ərazisində fərdi mühafizə vasitələrinin gündəlik yoxlanılması;
  • Qəza və hadisələr haqqında qeydlər aparmaq və dərhal məlumat vermək;
  • Avadanlıq və mexanizmlərin təhlükəsiz istismarına və quraşdırılmasına nəzarət etmək;
  • İş yerlərində təhlükələrin müəyyənləşdirilməsinə və risklərin qiymətləndirilməsinə cəlb etmək;
  • SƏTƏM üzrə Menecerə müşahidələr və yoxlamalar haqqında aylıq hesabatları təqdim etmək;
  • Anbar ərazisində yanğın təhlükəsizliyi və ilkin yanğınsöndürmə tədbirləri ilə bağlı yoxlamalar aparmaq;
  • Şirkətin risk qiymətləndirmələrinə və təhlükəsizlik əməliyyat prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • SƏTƏM ilə bağlı yarana biləcək bütün tapşırıqların vaxtında yerinə yetirilməsi üçün çalışmaq;
  • Zəruri hallarda gündəlik olaraq işdən əvvəl SƏTƏM təlimlərində iştirak etmək;
  • Zəruri hallarda əməkdaşların SƏTƏM biliklərinin qiymətləndirilməsində iştirak etmək;
  • Avadanlığın planlaşdırılmış yoxlanılması və onun istifadəsi ilə bağlı yerində təlimat vermək.


Xüsusi tələblər

  • Müvafiq sahə üzrə 1 il təcrübə;
  • Azərbaycan dilində peşəkar ünsiyət və yazışma bacarığı;
  • İngilis dili üzrə baza bilikləri;
  • Word, Excel və Outlook daxil olmaqla Microsoft Office proqramlarından mükəmməl istifadə bacarığı;
  • Komandada çalışmaq bacarığı;
  • Anbar prosesləri haqqında məlumatlılıq;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Tənqidi düşünmə və analitik bacarıqlar;
  • Bir neçə prioritet məsələni eyni vaxtda idarə etmək bacarığı;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız