Baş mühasib

Sumqayıt

Evro İnşaat MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi
  • Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, işçilərə əmək haqqı və digər sosial xarakterli ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu,dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayrılmaların uçotunu düzgün təşkil etmək, balansın çıxarılması
  • Rəsmi hesabatların hazırlanması (statistika, DSMF və s.)
  • E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsini həyata keçirmək
  • Online banking vasitəsilə yerli və SWIFT köçürmələrin aparılması
  • Aylıq mənfəət-zərər hesabatların təqdim olunması
  • Şəxsi hesab vərəqəsinə nəzarət
  • Əsas vəsaitlərinin uçotunun təşkili və amortizasiyası
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunu aparmaq və mühasibat uçotu hesabatlarında onlarınn hərəkətini, dövriyyəsini izləmək.
  • İş qrafiki: Həftənin 6 günü (6-cı gün yarı iş günü)
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 20 Yanvar m\s-dan və Sumqayıt ərazisinə servis xidməti

Xüsusi tələblər

  • İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə kredit sahəsində ali təhsil
  • Müvafiq sahədə (istehsal sahəsi üzrə mühasibat sahəsində) 3-5 il iş təcrübəsi, baş mühasib vəzifəsində ən azı 3 il
  • Azərbaycan dilində mükəmməl danışıq (rus, ingilis dili arzuolunandır)
  • Microsoft və ofis, 1C8.3 proqramlarını bilmək
  • E-taxes.gov.az və BTP-də işləmək bacarığı
  • Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etbarlılıq kimi müsbət göstəricilərə malik olmaq

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız