Gün ərzində istehsalat tapşırıqlarının yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir
İstehsal qrafikinin formalaşdırılması və onun icrasına nəzarət edir
Avadanlıqların fasiləsiz, texniki xidmətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin edir
İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır
Xammal və materiallardan düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə maneə olan və ya ola biləcək prosesləri aradan qaldırır
İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər planının hazırlanmasında və tətbiqində iştirak edir
Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir
İstehsal xəttində olan məhsul, xammal və materialların müvafiq yerlərdə və müntəzəm olaraq saxlanılmasını təmin edir
Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır
Lazımi kadrların (qaynaqçılar, operatorlar, mexaniklər, köməkçilər və s.) seçilməsində iştirak etmək
İşçilər üçün işin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
İşçiləri koordinasiya edir, düzgün iş bölgüsü edib onları əlaqələndirir, görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
Fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanlara qarşı inzibatı cəzanın verilməsi üçün təkliflər təqdim edir
İş vaxtı: Bazar ertəsi – Cümə günləri
Bütün şəraiti olan istehsal sahəsi
Qidalanma və korporativ nömrə ilə təmin olunur
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
İxtisasdan və yerinə yetirilən işin həcmindən asılı olaraq əmək haqqı
İş yeri: Nərimanov rayonu, (Bakmil m. st. yanı)
Xüsusi tələblər
Yaş: 25-45
İş vaxtı: Tam ştat
Bəy namizəd
Təhsil: Ali və ya orta ixtisas
Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il
Kompüter bcarıqları: MS Office və AutoCAD proqramları
Metal konstruksiyaların emalı sahəsində təcrübənin olması şərtdir
İstehsalın operativ idarə olunması haqqında metodiki, normativ və başqa sənədləri
Buraxılan məhsula qoyulan texniki tələbləri, avadanlığın istehsal texnologiyasını
İstehsalat sahəsinin istehsal təchizatını və onun texniki istismarını
İstehsalın gedişi uçotunun sistem və metodlarını
İstehsalatın, əməyin və idarəetmənin təşkilini
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir