İT üzrə Layihə rəhbəri

Bakı

AISTGroup MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihənin uğur qazanması və tələblərə uyğun hazırlanması üçün prosesə rəhbərlik etmək;
  • Layihənin planlanma, büdcəsinin müəyyənləşdirilməsi, koordinasiya, icra, monitorinq və hesabat kimi mərhələlərini təşkil və idarə etmək;
  • Şirkətdəki proseslərin səmərəliliyini artırmaq, onların optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Layihə komandasının vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün layihənin komanda üzvlərinə nəzarət etmək, həmçinin, daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək;
  • Layihə komandasının üzvləri və qərar verici şəxslər ilə sıx təmasda olmaq, komandaya köməklik göstərmək və dəstəkləmək;
  • Tam şəkildə layihələrin icrasını təşkil edilməsi, iş axınına nəzarətin edilməsi və zamanında təhvil verilməsini təşkil etmək;
  • Daxil olan sorğuları, məktubları təhlil etmək və cavablandırmaq;
  • Tələb olunan və lazımi sənədlərin hazırlanmasını, təqdim olunmasını, hesabatların və digər sənədləşmə işlərinin icrasını təmin etmək;
  • Biznesin və layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briefləri tərtib etmək;
  • Layihə sənədlərini, planlarını və hesabatlarını hazırlamaq;
  •  İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar.

Xüsusi tələblər

  • Layihənin idarə edilməsi, biznesin inkişafı və korporativ satışla bağlı biliklər;
  • İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
  • “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq;
  • SQL fundamental bilikləri;
  • CRM bilikləri;
  • Bacarıq: Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Məsuliyyət, sistematik düşüncə tərzi, analitik təhlil (layihənin miqyasını, strukturunu təsvir etmə bacarığı) etmə və operativlik bacarığı;
  • Təşəbbüskarlıq və müstəqil layihə idarəetməsi formasında çalışmaq bacarığı;
  • Layihələrin idarəetmə və təqdimat bacarığı;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Müxtəlif layihələri eyni anda iştirak etmək bacarığı;
  • Təcrübə:MS Office, Layihə/komanda əməkdaşlıq alətləri (məsələn, JIRA, Redmine, MS Project, Visio, GitLab) üzrə təcrübə;
  • IT layihələrin idarə edilməsi sahəsində təcrübə;
  • Proqramlaşdırma və alqoritmələrlə bağlı ümumi anlayışın və ya proqramlaşdırma dillərin biri və ya bir neçəsi ilə təcrübə arzu olunandır;
  • Veb məhsulun yaradılması və komandanın idarə olunması sahəsində təcrübə
  • Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız