Active Directory Domain-nin tam şəkildə idarəsi, Group siyasətlərinin yazılması və tətbiqi, icazələrin idarə edilməsi
Korporativ print və skan servislərinin idarə edilməsi, standart üzrə dizaynı və global problemlərinin, həmçinin servis fasiləsizliyinin təmin edilməsi
Korporativ telefoniya sisteminin qlobal konfiqurasiyası, mühüm ümumi dəyişiklik və düzəlişlərin edilməsi, sistemin müəssisənin tələblərinə uyğun şəkildə sazlanması
Serverlərin İPMİ bağlantılarının idarəsi, icazələrin təmini, bu strukturun təkmilləşdirilməsi və ümumi problemlərin həll edilməsi
Tam şəkildə korporativ update servisinin işləkliliyinə cavabdehlik, update əməliyyatlarının maksimum avtomatlaşdırılmasının təmini
Korporativ Remote Desktop strukturunun tam sazlığının təmin edilməsi, sistemin müəsissənin ehtiyaclarına uyğun dizayn edilməsi
Korporativ antivirus sistemini tam şəkildə dizayn edib, tələblərə uyğun şəkildə konfiqurasiya etmək
Mail sisteminin işləkliliyini təmin etmək və daim online olmasına nəzarət etmək, həmçinin kənar təhlükələrdən maksimum şəkildə qorunmasını təmin etmək
Müəssisənin fayl sisteminin tam olaraq idarə edilməsi, müvafiq siyasətlərin həyata keçirilməsi, quota və screeninglərin tətbiqi
Web Serverlərin konfiqurasiya edilməsi və işləkliliyinin təmin edilməsi
Korporativ proxy serverlərin ümumi konfiqurasiyalarının edilməsi və həmçinin müvafiq saytlara icazələr üzrə qrupların sazlanıb, rule-ların yazılması
İstifadəçi profillərinin, daşınan profilllərin həmçinin profillərə tətbiq olunan quota və fayl tipi məhdudiyyətlərinin idarə edilməsi
Virtual infrastrukturun tam şəkildə sazlanması, iş axının və fasiləsizliyinin təmin edilməsi, virtual infrastrukturun müəssisəyə uyğun şəkildə dizayn edilməsi
Serverlərin periodik maintaince-inin aparılması, event/log sisteminin izlənilməsi və analizi
Korporativ backup və replikasiya sisteminin idarə edilməsi, backup-ların periodik getməsinin təmin edilməsi, arxiv əməliyyatının və həmçinin backup sistemi üzrə əlavə rezerv nüsxələrin alınmasının təmini, habelə restore əməliyyatlarının idarə edilməsi
Router və switchlərin, həmçinin digər firewall və şəbəkə cihazlarının tam şəkildə inzibatçılığı zəruri ümumi dəyişiklik və ayarların tətbiqi
7/24 işləməli olan servislərin mütəmadi kəsintisiz fəaliyyətinə cavabdehlik (fors-major hallar habelə daxili olmayan məsələn, provayder şəbəkəsi kimi problemlər istisna olunur)
Sistemlərdə avtomatik xəbərdarlıq və notification sisteminin tətbiqi və xəbərdarlıqların aidiyyatı şəxslərə gəlməsinin tam şəkildə avtomatlaşdırılması.
Xüsusi tələblər
Alitəhsil
Sistem administrasiyası və şəbəkə sahəsində ən azı 2 il iş təcrübəsi
Azərbaycan dili səlis, rus və ya ingilis dili orta səviyyədə
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı