Açıq vakansiyaları təhlil etmək, elanları şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək, işədüzəltmə şirkətləri ilə əlaqə saxlamaq;
İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq;
İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
İşə qəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
Vakansiyalara uyğun namizədlərin seçim, müsahibə və yerləşdirmə proseslərini həyata keçirmək;
Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini və müsahibəyə dəvət edilməsini həyata keçirmək;
Vakansiyalara uyğun namizədlərin ilkin müsahibələrini və test imtahanlarını təşkil etmək;
Strukturlar tərəfindən təklif olunan vəzifə dəyişikliklərinin vəzifə dəyişikliyi proseduruna uyğunluğunun təşkil etmək;
İşə qəbul test bazasının yenilənməsini icra etmək;
Test imtahanı mütləq olan vəzifələr olan namizədlərin test imtahanı keçirilməsini təmin etmək;
Daxil olan CV-lərin arxivləşdirilməsini icra etmək;
Həftəlik vakansiyalar barədə məlumatları müvafiq qaydada hazırlamaq və birbaşa rəhbərə göndərmək;
İşçilərin sayı və hərəkəti barədə aylıq hesabatları hazırlamaq;
Vakansiyalara müraciət edən namizədlərin elektron siyahısını daim yeni saxlamaq;
Müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
“Açıq qapı”-nın təşkil edilməsi və prosedur üzrə izlənilməsi
Birbaşa rəhbərin işçinin əmək fəaliyyəti üzrə tapşırdığı digər işləri görmək.
İş şəraiti: Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
İş rejimi: 5 gün (həftəiçi)
Servis: Təmin edilir
Nahar: Təmin edilir
Korporativ nömrə və danışıq limiti: Təmin edilir
Tibbi sığorta
Xüsusi tələblər
Təhsil səviyyəsi: Ali təhsil (İnsan Resursları, Humanitar, İqtisadi )
İş təcrübəsi: İşə qəbul üzrə 2-4 il iş təcrübəsi
Kompüter biliyi: MS Office, ERP proqramları
Digər: Sahə üzrə sertifikatların olması üstünlükdür.