Mülki, kommersiya, əmək, cinayət, inzibati və prosessual hüquq, o cümlədən dövlət satınalmaları haqqında qanunvericiliyə dair müfəssəl biliklərə malik olmaq və düzgün tətbiq etmək
Alqı-satqı, xidmət, satınalma və digər növdə olan əqdlərin layihələrini hazırlamaq, Cəmiyyətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy vermək, müqavilələrin qüvvədə olma müddətinə nəzarəti həyata keçirmək
Hüquqi mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanmasını təmin etmək
Dövlət orqanlarından və digər qurumlardan daxil olan sorğulara baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması prosesində iştirak etmək
Bütün dövlət idarəetmə, notariat, məhkəmə, hüquq-mühafizə və icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında Cəmiyyəti təmsil etmək
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində baxmaq, zərurət olduqda araşdırma aparmaq və nəticələri barədə məktub layihələrinin hazırlanmasını təmin etmək
Cəmiyyətin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Cəmiyyət rəhbərliyinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək
Struktur bölmələrə hüquqi dəstəyin göstərilməsini təmin etmək
Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək
Rəhbərlik tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Ezamiyyə imkanları (zəruri hallarda)
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: 09:00 – 18:00
Xüsusi tələblər
Ali hüquq təhsilli;
Hüquqi mübahisələr,müqavilələr hazırlanması istiqaməti üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək qanunvericiliyi barədə biliklərə malik olmaq;
Peşəkar ünsiyyət psixologiyasını bilmək;
Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır).
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı;
İşgüzar və hüquqi yazışma bacarığı;
İşin planlaşdırılması bacarığı;
Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;