Qəza-bərpa və plan –xəbərdarlıq işlərində iştirak etmək. Kontakt şəbəkənin bütün qurğularını yoxlamaq və təmir etmək. İş aparılan zaman texniki təhlükəsizliyi təmin etmək. Qatarların fasiləsiz hərəkətinə təhlükə yaradan bütün nasazlıqlar və çatışmamazlıqlar barədə enerji dispetçerə məlumat vermək. Kontakt şəbəkəsində yaranmış nasazlıqları təcili olaraq aradan qaldırmaq. Kontakt şəbəkəsində bərpa vasitələrinin istismara yararlılığına və daimi hazırlığına nəzarət etmək. Bir şəxsi elektrik cərəyanı vurduqda təhlükəsizlik qaydalarına riayət etməklə zərərçəkmiş şəxsə təcili ilkin tibbi yardım göstərmək.
Ünvan Şabran şəhəri, Şabran rayonu, Şabran stansiyası
Xüsusi tələblər
Minimum təhsil dərəcəsi Peşə təhsili
Seksiyalanma və qidalanma qəza sxemlərini bilmək. Kontakt şəbəkə sxemlərinin oxunma qaydalarını bilmək. Kontakt şəbəkəsinin uzununa və eninə tənzimlənmə üsullarını bilmək. Kabel xəttlərinin təmirini, sökülməsini və quraşdırılmasını bacarmaq. Texniki Təhlükəsizlik ,Əməyin mühafizəsi,Yanğından mühafizə üzrə norma və qaydaları bilmək. Kontakt şəbəkəsi qurğularının Texniki İstismar qaydalarını bilmək.