Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş qrafiki Şənbə-bazar istirahət;
Əmək haqqı: 800-1000 NET;
İş yeri- Quba rayonu
Xüsusi tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Audit və oxşar fakültələr);
Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli
Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
MS Office - Excel, 1C proqramları bacarığı;
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli;
Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli