Müəssisədə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit ilə bağlı işlərin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, ƏM və TT-nin vəziyyətinə, qeydiyyatına, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planını hazırlamaq
Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planını hazırlamaq və təsdiq olunması üçün rəhbərliyə təqdim etmək
İstehsalatda bədbəxt hadisələrin qeydiyyatını aparmaq, ƏM və TT üzrə müəyyən olunmuş formada hesabatları hazırlamaq
Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq
İstehsalat xəsarətlərinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə müəssisə rəhbərliyinin keçirəcəyi iclasların materialları hazırlamaq
Müəssisədə əməyin mühafizəsi üzrə planların, prosedurların hazırlanmasında iştirak etmək
Yeni işə daxil olan işçilərlə ƏM və TT üzrə giriş təlimatlarını keçirtmək, struktur bölmələr tərəfindən əməyin mühafizəsi üzrə ilkin,təkrar və s. təlimatların vaxtında keçirilməsinə nəzarət etmək
Əməyin mühafizəsi üzrə peşə təlimatlarının, habelə təlimat metodikalarının hazırlanmasına köməklik göstərmək
Müəssisədə əməyin mühafizəsi üzrə risklərini qiymətləndirmək və monitorinq işlərini təşkil etmək və aparmaq
Təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi, istehsalat sanitariyası və ətraf mühitin qorunması üzrə məsləhətlər vermək
Təhlükə potensiallı obyektlərin və avadanlıqlarının, habelə təhlükəsizlik və nəzarət cihazlarının istismarı zamanı texniki sənədləşdirilməsinin düzgün aparılmasına nəzarət etmək
Bədbəxt hadisələrin və qəzalərın nəticələrinin yekunları üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək
Xüsusi tələblər
Sahə üzrə ən azı 8 il iş təcrübəsinə malik olmalı
SƏTƏM sahəsində təlim metodologiyasına dair bilikləri
Azərbaycan Respublikasının qanunvericiliyi (Əmək Məcəlləsi, SƏTƏM sahəsində Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Təlimatlar, digər normativlər və standartlar, habelə SƏTƏM sahəsində Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr)
ISO 9001, ISO 14001, ISO 45001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli
Yüksək səviyyədə təqdimat hazırlama qabiliyyəti
Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır