Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini göstərmək, xərclər smetasını hazırlamaq, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək;
Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək;
İkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün məlumatların proqrama daxil edilməsini və sənədlərin arxivləşdirməsini təmin etmək;
Şöbənin işinin təşkil üçün onun əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
6 günlük iş qrafiki
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı razılaşma əsasında
Xüsusi tələblər
Ali iqtisadi təhsil;
Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi, səhiyyə sahəsi olsa üstünlük verilir;
PMS mövcud olması;
Müvafiq sahədə hökümətin qərar və qətnamələrini bilməli;