Böyük məsləhətçi (Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektor)

Bakı

Dövlət İmtahan Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • ixtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
  • test kitabçalarının məxfi şəraitdə hazırlanmasında və imtahanda istifadə olunacaq test tapşırıqlarının yekun ekspertizasında iştirak etmək;
  • yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;imtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;
  • səlahiyyətləri daxilində sektora daxil olan mü­raciətləri araşdırmaq və cavablandırmaq və s..

Xüsusi tələblər

  • Təhsilə dair tələb: ali, hüquq sahəsi üzrə
  • İş təcrübəsinə dair tələb: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı
  • ali təhsilin magistratura səviyyəsinə qəbul, dövlət qulluğuna (eyni zamanda xüsusi növ dövlət qulluğuna) qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, müxtəlif dövlət orqanlarına və təşkilatlara işə qəbul, müxtəlif növ sertifikatların verilməsi və s. məqsədi ilə keçirilən imtahanlar üzrə qanunvericiliyə dair qəbul proqramlarını hazırlamaq; 
  • yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasını təşkil etmək;
  • qanunvericilik üzrə mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişini təşkil etmək;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2, Rus dili – B1
  • Kompüter bacarıqlarına dair tələblər: MS Windows, MS Office, İnternet 

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız