Hüquqşünas köməkçisi

Bakı

Pera Plastik Qrup MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təşkilat daxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında hüquqşünaslara köməklik göstərmək
  •  Müqavilələrin, ərizələrin, məktubların digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında hüquqşünaslara köməklik göstərmək
  • Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək
  • Zərurət olduqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək
  • İş qrafiki: 5 günlük, saat: 09:00-dan - 18:00-dək

Xüsusi tələblər

  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi
  • Mülki, mülki prosesual və bank sahəsi üzrə qanunvericiliyi bilmək
  • Rus dilini bilən namizədlərə üstünlük veriləcək
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq
  • İngilis dilində danışıq və yazı qabiliyyətinə malik olmaq
  • Zərurət olduqda məhkəmə proseslərinə iştirak etmək imkanına malik olmaq
  • MS Office proqramlarını yaxşı bilmək
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız