Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
Keyfiyyət müşavirələrində iştirak edir, balıq və kürünün təzəliyi və keyfiyyəti üçün mütəmadi olaraq yoxlanılması işlərini nəzarətdə saxlayır;
Bütün emal fəaliyyətlərinin qida təhlükəsizliyi və gigiyena ilə bağlı sənaye standartlarına və dövlət qaydalarına uyğun olmasını təmin edir;
Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;
Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
Balıqların təmizlənməsi, kəsilməsi və emal üçün hazırlanmasına nəzarət edir. Kürü istehsalında, kürünün alınmasını və hazırlanmasını planlayır və icrasına nəzarət edir;
Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
Məhsulların keyfiyyətini qoruyarkən rəf ömrünü uzatmaq üçün duzlama, hisəvermə və ya dondurma kimi müxtəlif konservləşdirmə üsullarının tətbiqinə qərar verir və icrasına nəzarət edir;
İşin sonunda istehsalata aid nəzarət kartlarını doldurub gündəlik hesabat hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir;
Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir, zərurət yaranarsa düzəliş məqsədli müdaxilə edir;
Qeydlərin aparılması, emal fəaliyyətlərinin, o cümlədən emal edilmiş miqdarların, partiyaların nömrələrinin və emal zamanı rast gəlinən hər hansı problemin dəqiq qeydlərinin aparılmasını təşkil edir;
Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir;
İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
Emal avadanlığının təmiz, funksional və verilən tapşırıq üçün düzgün qurulmasını təmin edir;
Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır;
Ehtiyatların idarə edilməsi, xammalın və emal olunmuş məhsulların inventarının idarə edilməsi, o cümlədən təchizat sifarişi və ehtiyat səviyyələrinin izlənilməsini həyata keçirir;
Xammal, material və hazır məhsullar üçün texniki tələbləri nəzarətdə saxlayır;
İstehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini tətbiq edir;
Emal prosesində iştirak edən işçilərin işinə nəzarət edir, lazım gəldikdə təlim verir və təhlükəsizlik protokollarına riayət edilməsini təmin edir;
Emal texnikasını və məhsul keyfiyyətini yaxşılaşdırmaq üçün tədqiqat və sınaqları aparır;
Tullantıların idarə olunması və ətraf mühit qaydalarına riayət etmək üçün tullantı materiallarının və əlavə məhsulların düzgün şəkildə atılmasını təşkil edir;
Rəhbər tərəfindən tapşırılan digər işləri yerinə yetirir.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Neftçala rayonu
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Qida mühəndisliyi üzrə ali təhsil;
Azərbaycan dili, Rus dili;
Qida sənayesində 1 ilədək təcrübə;
Balıq emalına aid yüksək biliklərə sahib olmalı
Detallara diqqətli olmaq;
İş prioritetlərini düzgün təyin edə bilmək;
Nəticəyə yönəlik fəaliyyət;
Eyni zamanda bir neçə işi görə bilmək qabiliyyəti olmalı;
Komandada işləmək bacarığı;
Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı;
Sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli;
MS office bilikləri.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun