Ofislərin təsdiq olunmuş siyasət və prosedurlara müvafiq olaraq dəftərxana ləvazimatları, formalar, ofis materialları və avadanlıqlarla təchiz olunmasını təmin etmək.
Bütün şöbələrə dəftərxana ləvazimatlarına dair aylıq tələbnamələrin toplanmasını əlaqələndirmək.
Müqavilələr üzrə xidmət haqlarının (qiymətlərin) həqiqiliyini və bütün müqavilələrin xərclər baxımından sərfəli olmasını təmin etmək.
Telefonlara peşəkərcasına cavab verilməsini və daxil olan zənglərin səmərəli şəkildə ünvanlarına çatdırılmasını təmin etmək.
Arxiv və Ofis İşləri üzrə işçilərin istiqamətləndirmək.
Ofisin qrafik üzrə təmizlənməsini və bütün zamanlarda idarədə peşəkar mühitin saxlanılmasını təmin etmək.
Mətbəx avadanlıqlarının “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəziın siyasət və prosedurlarına uyğun şəkildə təchiz edilməsini və onların təmiz və saz vəziyyətdə olmasını təmin etmək.
Təşkilatın təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarının tam yerinə yetirilməsini təmin etmək.
“Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzin təyinati sürücülərinə nəzarət etmək.
Tələb olunduqda təyinati “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün logistik işlərini həyata keçirmək.
Poçt vasitəsi ilə daxil olan göndərilən bütün məktub, teleqram, və s-ləri qəbul etmək, qeydiyyata almaq və qovluğa tikmək.
Sürücülərin qrafiklərinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi və yanacaq sərfiyyatının yoxlanılması.
Öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi
Lazım gəldikdə digər “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin şöbələrinə tərtibetmə, surətçıxartma,cildləmə və ya digər sənəd hazırlama işlərində kömək etmək.
Lazım gəldikdə Maliyyə təlimatının maddələrinə uyğun Təhləthesab şəxs kimi xidmət götərmək.
Lazım gəldikdə, bu iş təsvirlərində qeyd olunmamış digər inzbati tapşırıqları yerinə yetirmək.
Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir;
İş qrafiki: Həftə içi 5 gün 08:30-17:30. İstirahət günləri (şənbə və bazar);
Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
Xüsusi tələblər
Ali təhsil
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)