Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
Hibrid iş rejimi
Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
Davamlı karyera inkişafı imkanları
Rəqabətli əmək haqqı
Korporativ nömrə ilə təmin olunma
Limitsiz Azeronline Internet Paketi
İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günləri qeyri-iş günləridir
İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan
SAP HCM və SuccessFactors modulları üçün davamlı dəstəyin təmin edilməsi, istifadəçi sorğularının vaxtında cavablandırılması və sistemin sabitliyinin təmin edilməsi.
Yeni konfiqurasiya tələblərinin həyata keçirilməsi üçün texniki və prosessual mümkünlüyünün araşdırılması, tətbiqi üzrə müəyyən zaman ehtiyacının aydınlaşdırılması, həlli üçün daxili və ya xarici görüşlərin keçirilməsi.
SAP HCM və SuccessFactors proseslərini optimallaşdırmaq üçün sistem təkmilləşdirmələrinin həyata keçirilməsi üzrə müntəzəm dəstəyin verilməsi.
SAP HCM və SuccessFactors sistemləri arasında məlumat axınının davamlılığını və vaxtında transfer edilə bilinməsi üçün daimi monitorinqi, hesabatların alınması və inteqrasiyanın təmin edilməsi. Həmçinin SuccessFactors modulları arasında və üçüncü tərəflə olan inteqrasiyalara mütəmadi dəstəyin verilməsi.
Həm SAP HCM, həm də SuccessFactors modullarından daha səmərəli istifadəni təmin etmək üçün son istifadəçilərə müəyyən təlim sessiyalarının keçirilməsi.
Biznes tələblərini daha yaxşı başa düşmək, İR proseslərini sadələşdirməyə və avtomatlaşdırmağa kömək edən texnoloji həllər hazırlamaq və sistem konfiqurasiyalarını uyğunlaşdırmaq üçün daxili komandalarla yaxından işləmək.
İstifadəçilər üçün səlahiyyətlərin, fərdiləşdirmənin və oxşar sistem əməliyyatlarının və parametrlərinin idarə edilməsi.
İR prosesləri və əmək haqqı hesablamaları üzrə yaranan problemlərin aradan qaldırılmasına dəstək vermək və əmək haqqı proseslərinə yeni qanuni düzəlişlərin təhlili, texniki dəyərləndirilməsi və həyata keçirilməsi.
Yaranmış müəyyən texniki problemlərlə bağlı SAP Qlobal Dəstək Mərkəzinə soğruların açılması, müvafiq görüşlərin keçirilməsi və insidentlərin idarə edilməsi.
İşçi qüvvəsinin performansı, işçilərin demoqrafik göstəriciləri və digər müvafiq göstəricilər haqqında məlumat vermək üçün İR məlumatlarının təhlili və hesabatların hazırlanması.
Şirkətin tələblərinə uyğun fərdi hesabatlar yaratmaq üçün SAP hesabat mexanizmlərindən istifadəsi.
Xüsusi tələblər
Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İnsan Resursları, Biznes İdarə Edilməsi və ya müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi arzuolunandır.
SAP HCM və SuccessFactors sahələrinə aid sertifikatlar üstünlük təşkil edəcək
Dil bilikləri: Azərbaycan dili – Sərbəst
İngilis dili – Peşəkar danışıq səviyyəsi
Rus dili – arzuolunandır.
İş Təcrübəsi: İR İnzibatçılığı (PA)
Strukturun İdarə Edilməsi (OM)
Mənfəətlərin İdarə Edilməsi, Zamanın İdarə Edilməsi (TM),
Əmək Haqqı (PY)
SAP SuccessFactors daxil olmaqla
SAP HCM alt modulları üzrə minimum 3 il təcrübə
Ən son SAP və Bulud texnologiyaları üzrə təcrübənin və məlumatın olması önəmlidir
Xüsusi biznes tələblərinə cavab vermək üçün SAP HCM modullarını konfiqurasiya etmək və fərdiləşdirmək bacarığı.
SAP konfiqurasiya mexanizmləri və vasitələri üzrə bilik tələb olunur.
Funksional spesifikasiyalar, texniki dizaynlar, test planları və istifadəçi təlimatları daxil olmaqla aydın və qısa layihə sənədlərini tərtib etmək üçün sənədləşdirmənin aparılması üzrə bacarıq.
Komandada işləmək - həmkarları ilə əməkdaşlıq etmək və təlimatlara əməl etmək bacarığı.
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
Son icra tarixlərinə əməl etmək və tapşırıqları lazımi qaydada prioritetləşdirmək üçün vaxtı effektiv şəkildə idarə etmək bacarığı.