İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasına nəzarət edir;
İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlük işlərinin yerinə yetirilməsinə birbaşa nəzarət edir;
Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal/materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına rəhbərlik edir;
Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin və nəzarət edir;
Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
İş yeri: Zirə qəsəbəsi, İstixana Kompleksi
İş yeri: Sumqayıt, ST Sumqayıt, İstixana Kompleksi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 1000-1500 azn
Xüsusi tələblər
Ali təhsil
Rus dili və ya ingilis dili biliyi
Minimum 3 il analoji sahədə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)
Bacarıq və səriştələr İstixana avadanlıqları ilə işləmə bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik.
Təminatlar: Nəqliyyat və naharla təmin edilir.
Bilməlidir İstixana avadanlıqları ilə işləməyi;
Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.