Sumqayıt, Zirə və Kürdəxanı İstixana komplekslərinə təcrübəli Aqronom tələb olunur
İstixanada iş bölgüsünün həyata keçirilməsi;
İstxana daxilində bitkilərdə yaranmış hər hansı bir xəstəlik və zərərvericilərin əlamətlərini vaxtında aşkar edilməsi;
Gübrə və dərmanların hazırlanması və tədbiqi planını proqrama uyğun şəkildə həyata keçirilməsi;
Texniki zonadakı sulama, iqlimləndirmə sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi;
Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasına nəzarət və hesabatının təmin edilməsi;
Aqronomluq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili normalarının yerinə yetirilməsi;
İş yeri: Sumqayıt, Stansiya Sumqayıt, İstixana Kompleksi
İş yeri: Zirə qəsəbəsi, İstixana Kompleksi
İş yeri: Kürdəxanı qəsəbəsi, İstixana Kompleksi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Xüsusi tələblər
Sahə üzrə ali təhsil
3 il analoji sahə üzrə təcrübə
Bacarıq və səriştələr İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
Liderlik, qərar qəbul etmə bacarığı;
Çevik, keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
Dinamiklik və stressə davamlı.
Təminatlar: Nəqliyyat, nahar və əlaqə nömrəsi təmin edilir.
Bilməlidir Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər;
Əkin sahəsi üçün torpağın məhsuldarlıq normasını müəyyən etmək;
Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar;
Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
Qeyd: Hollandiyadan təhsil və təcrübə proqramı, mütəxəssislərimizin elmi-texniki potensialının, bilik və bacarıqlarının artırılması şirkət tərəfindən təmin edilir.
CV-ləri göndərərkən başlıq yerinə “Aqronom (Sumqayıt)” “Aqronom (Zirə)”, “Aqronom (Kürdəxanı)” qeyd etməyi unutmayın.