Qazax-Tovuz iqtisadi regionu üzrə qəza komissarı

Qazax, Tovuz

Azərbaycan Sənaye Sığorta
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq (ətrafda kamera nəzarəti olub olmamasını araşdırmaq, işin süni qurulmuş olub olmadığını araşdırmaq və s.);
  • Hadisə yerinə çıxış etmək;
  • Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
  • Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
  • Hadisə yerindən şəkillər çəkmək, iştrakçılardan video müsahibə almaq (qarşı tərəf razı olduğu halda);
  • Hadisəyə aid şəkilləri, video və digər sənədləri ümumi elektron qovluğuna daxil etmək;
  • Digər çatışmayan sənədləri tələb etmək;
  • Ehtiyac olarsa sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) əldə edilməsi göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək;
  • Sığorta hadisəsi iştirakçılarına raport və ərizələri imzalatdırmaq, bildirişləri təqdim etmək;
  • Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrini yoxlamaq;
  • Sərxoşluq və digər halların dərəcəsini yoxlamaq üçün səlahiyyətli dövlət orqanın iştirakı ilə sürücünü müvafiq orqanda müayinəyə yönəltmək;
  •  Sığorta hadisəsinə aid raport, ərizələr və ilkin topladığı digər sənədləri 1 iş günü ərzində departament müdirinə təqdim etmək;

Xüsusi tələblər

  • Tam orta təhsilli olmalı;
  • Microsoft Office proqramları bilməli;
  • Sığorta sahəsində iş təcrübəsi olmalı;
  • Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız