Elektrovoz maşinist köməkçisi

Şabran

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Lokomotivə qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Lokomotivin detal və aqreqatlarının, xidmət etdiyi və qarşılaşdığı qatarların vəziyyətinə nəzarət etmək;
  • Lokomotivin (qatarın) özbaşına hərəkətə gəlməsinə qarşı bərkidilməsinə nəzarət etmək;
  • İşıqforun qadağanedici işarəsinə doğru hərəkət edərkən maşinistə işarənin göstərişini, kontrollerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını ayaq üstə şifahi qaydada məruzə etmək; Qadağanedici işarəni keçməmək üçün qatarın (lokomotivin) dayandırılmasına maşinist tərəfindən cəhd olmadıqda tədbir görmək;
  • Maşinist lokomotivi idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (lokomotivi) dayandırmaq, onu özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə, stansiyaların növbətçisinə radiorabitə vasitəsilə məlumat vermək;
  • Texniki istismar qaydalarının, qüvvədə olan təlimatların, əmrlərin və göstərişlərin tələblərinə riayət etmək və yerinə yetirmək, hərəkətin təhlükəsizliyini təmin etmək.
  • Ünvan Şabran rayonu


Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Peşə təhsili
  • Dəmir Yolu təlimatlarına dair biliklər;
  • Texniki İstismar Qaydalarına dair biliklər;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına dair biliklər.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq
  • Digər tələb və üstünlük göstəriciləri
  • Elektrovoz maşinist köməkçisi peşəsi üzrə 1 il və ya daha çox iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Tələb olunan vəsiqə və ya sertifikat Lokomotiv maşinist köməkçisi, Elektrovoz maşinist köməkçisi

Telegram kanalımız