Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi
Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi
Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi
Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətdə qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi
Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi
İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi
Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi
İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi
TƏBİB-in tabeliyində olan müəssisələrə şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlərlə bağlı metodiki köməkliyin göstərilməsi
Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi.