Elektrik stansiyalarında, transformator stansiyalarında və yarımstansiyalarda elektrik gərginliyinin tam kəsilməsi və xidmət göstərilən binada və ya ərazidə elektrik cihazlarının qoşulması/əlaqənin kəsilməsi ilə bağlı sadə əməliyyatların icra edilməsi
1000 V-a qədər gərginlikli xətlərin kəsilməsi, sökülüb çıxarılması, izolyasiyası və lehimlənməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi
Elektrik açarları, elektrik çəngəllərinin kabelləri, divardakı elektik yuvaları və proyektorlar kimi sadə işıqlandırma qurğularının quraşdırılması
İzolyasiya müqavimətini yoxlamaq üçün ölçmələr aparmaq da daxil olmaqla, elektrik mühərriklərinin və paylayıcı şəbəkənin izolyasiya müqavimət testlərini həyata keçirmək
Elektrik siqnalizasiya cihazlarının quraşdırılması və tənzimlənməsi
Bütün komanda üzvləri üçün təhlükəsiz və sağlam iş mühiti təmin edən
Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit qaydalarına ciddi şəkildə əməl olunmasını təmin etmək
İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan - 18:00-dək
İş yeri – Samux və Tovuz şəhərləri
Xüsusi tələblər
Orta peşə ixtisas və ya ali təhsil (mütləq)
Müvafiq sahədə 1-2 il iş təcrübəsi
Əməyin mühafizəsi, texniki təhlükəsizlik tədbirləri, yanğından mühafizə qaydaları və standartları barədə məlumatlılıq
Texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi bacarığı