Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlayır;
Hüquqi ekspertiza üçün daxil olan prosedurların, qaydaların müqavilələrin layihələrinə rəy verir, dəyişikliklər edilməsi barədə təkliflər verir;
Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə müvafiq təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak edir və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
Müqavilə bağlanılması nəzərdə tutulan kontragentlərin təsis sənədlərinin və müqavilənin bağlanması üçün əhəmiyyətli ola biləcək digər sənədlərin yoxlanılmasını təmin edir;
Müqavilələrin və müqavilələrə aid olan bütün növ sənədlərin elektron vəziyyətdə arxivləşməsi və xronoloji vəziyyətdə kağız formatda saxlanması, mühafizəsi;
Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin tərtibi zamanı nəzərə alınması üçün qanunvericilikdə baş verən dəyişikliklərə dair Cəmiyyətin struktur bölmələrini məlumatlandırır və bu dəyişikliklərin əsas mahiyyətini izah edir;
Rəhbərlik tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində digər funksiyaları yerinə yetirmək.
Xüsusi tələblər
Ali hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür);
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı;