Təmirin İdarə Edilməsi Üzrə Əməliyyatların Mütəxəssisi

Bakı

Bayraktar Technologies
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Təhvil verilmiş məhsulların xətt səviyyəsində texniki xidmət/təmir fəaliyyətlərinin planlaşdırılması və monitorinqi
• Məhsul və xidmətlərin logistik dəstək prosesi boyunca lazımi mühəndislik dəstəyinin təmin edilməsi
• Qaydalara/standartlara uyğun olaraq təmir işlərinin planlaşdırılması və nəzarət edilməsi
• İllik dövri və proqnozlaşdırılan texniki xidmət planlarının və texniki xidmət təlimatlarının hazırlanması
• Planlaşdırılmamış təmir işlərinin həyata keçirilməsi və prosesin izlənilməsi
• Emalatxanalar ilə koordinasiyalı olaraq məhsulların baxım/təmir/yeniləmə fəaliyyətinin həyata keçirilməsi
• Planlaşdırılmış texniki xidmət statistikasının vaxtaşırı aparılması (həftəlik, aylıq, rüblük və illik)
• İstifadəçi kitabçaları, texniki xidmət kitabçaları və ehtiyat hissələri kataloqu kimi texniki sənədlərin yaradılması proseslərinin idarə edilməsi
• Daxildə və xaricdə veriləcək istifadəçi və texniki xidmət təlimlərinin keçirilməsi
• Uğursuzluq təhlili ilə yanaşı dizayn bölmələrinə rəy bildirərək təyyarələrdə təkmilləşdirmələrin təmin edilməsi

Xüsusi tələblər

• Universitetlərin/Peşə Məktəblərinin müvafiq şöbələrini bitirmiş OLAN
• Xidmətin idarə edilməsində ən azı 3 il iş təcrübəsi olmalıdır
• MS Excel və digər MS Office proqramlarından istifadə etmək bacarığı olan 
• MRO və ERP proqramları üzrə biliklərə malik olan
• Aviasiya elektronikası və mexaniki sistemlər üzrə biliyə üstünlük verilir
• İngilis dilini yaxşı səviyyədə bilən  
• Xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə diqqət yetirən
• Güclü planlaşdırma, sürətli qərar vermə və koordinasiya bacarıqlarına malik olan
• Komanda işinə meylli, güclü ünsiyyətcil, nizam-intizamlı, diqqətli və insan münasibətlərində uğurlu olan
• Məsuliyyətli, analitik düşünməyi bacaran, dinamik mühitdə cəld işləməyi bacaran və nəticəyönümlü olan
• Diqqətlə, vasvasılıqla və qeydlərin arxivləşdirmə sisteminə uyğun işləməyi mənimsəyən
• Hərbi xidməti bitirmiş və ya hərbi xidmət keçmək məcburiyyətində olmayan 
• Xaricdə qısa və uzunmüddətli təyinat üçün heç bir manəsi olmayan

Telegram kanalımız